Hörmüz boğazı hansı ölkələr üçün bağlıdır? - Pezeşkian açıqladı

Hörmüz boğazı İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır. Bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

SİTAT: "Hörmüz boğazı İran ərazisinə hücum edənlər istisna olmaqla, bütün ölkələrdən gələn gəmilər üçün açıqdır", - deyə o əlavə edib. Onun sözlərinə görə, İranı dünya xəritəsindən silmək illüziyası tarix yaradan bir millətin iradəsinə qarşı yönəlmiş çarəsizliyin sübutudur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə