İrandan ADDIM - İraqa qaz tədarükü bərpa olundu

İran şənbə günü İraqa qaz tədarükünü bərpa edib. İraqın Energetika Nazirliyinin bəyanatında deyilir ki, "İran qazı yenidən gündəlik 5 milyon kubmetr həcmində İraq ərazisinə daxil olur".

Xatırladaq ki, İraqa qaz ixracı martın 19-da ABŞ-İsrail birgə hərbi əməliyyatı zamanı İranın "Cənubi Pars" qaz yatağına zərbə endirildikdən sonra dayandırılıb. Hərbi əməliyyatlar başlamazdan əvvəl Tehran və Bağdad arasında yay aylarında gündəlik təxminən 50 milyon kubmetr, qış aylarında isə təxminən 25 milyon kubmetr qaz tədarükünə dair razılaşma qüvvədə olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə