Avropa Birliyi Ermənistanı dəstəkləməyə davam edəcək - Marta Kos İrəvanda Paşinyanla görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyinin (AB) genişlənmə məsələləri üzrə komissarı Marta Kosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ermənistan Baş nazirinin ofisindən verilən açıqlamada deyilir N. Paşinyan qeyd edib ki, ikitərəfli əməkdaşlıq gündəliyi ardıcıl olaraq genişlənir. M.Kos AB-nin ikitərəfli əməkdaşlıq çərçivəsində Ermənistanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Görüş zamanı həmsöhbətlər tərəfdaşlığın inkişafını, iqtisadi və investisiya proqramlarının genişləndirilməsi imkanlarını, həmçinin Ermənistan və AB ölkələri arasında viza rejiminin liberallaşdırılması prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin regional məsələlərə və İrəvanla Bakı arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunulub. Marta Kos AB-nin sülhə nail olmağa yönəlmiş səylərə tam dəstəyini vurğulayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB