SEPAH bu üç ölkədəki ABŞ bazalarına zərbələr endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH yeni açıqlama yayıb. SİA-nın məlumatına görə, açıqlamada deyilir ki, ABŞ-ın hədəflərinə və maraqlarına, o cümlədən Səudiyyə Ərəbistanındakı Əl-Xərc hava bazasına (F-16 və F-35 qırıcıları və AWACS kəşfiyyat təyyarələri üçün əsas yanacaq doldurma mərkəzi), Bəhreyndə yerləşən Şeyx İsa hava bazasına (ABŞ ordusunun komandanlıq, idarəetmə, məlumat mərkəzi və döyüş rabitəsi mərkəzi) və BƏƏ-dəki Əl-Dəfra hava bazasına zərbələr endirib.

Qeyd edilib ki, zərbələr zamanı “Qiyam”, “Zülfüqar”, o cümlədən "Qədr", eləcə də "Xeybərşekan" raketlərindən istifadə edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə