Ərdoğan və Oman Sultanı arasında kritik telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heysem Bin Tariq ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, liderlər Türkiyə-Oman ikitərəfli münasibətlərini və regional məsələləri müzakirə ediblər. R.T.Ərdoğan İrana qarşı hücumlar və ardınca İranın bölgədəki qardaş ölkələrə hücumlarının regionu əvvəllər bənzəri görülməmiş bir təhlükəsizlik böhranı ilə üz-üzə qoyduğunu deyib. O, Omana qarşı hücumları da qəbuledilməz hesab etdiyini nəzərə çatdırıb.

Prezident Ərdoğan Türkiyə olaraq mövcud vəziyyətdə belə vasitəçilik daxil diplomatik təşəbbüslərdən əl çəkmədiklərini, bu səylərin davam edəcəyini vurğulayb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə