The Wall Street Journal qəzetinin mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya ilə İran arasında hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq son dövrlərdə diqqətçəkən şəkildə dərinləşir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə Moskvanın Tehranın əməliyyat imkanlarını artırmaq üçün çoxşaxəli dəstək verdiyi iddia olunur.
Məlumatda bildirilir ki, Rusiya İranın hücum qabiliyyətini gücləndirmək məqsədilə peyk görüntüləri və müasir pilotsuz uçuş aparatı texnologiyaları təqdim edir. Xüsusilə İran istehsalı olan “Shahed” tipli PUA-ların kritik hissələrinin də Rusiya tərəfindən təmin edildiyi irəli sürülür.
Bu dəstək nəticəsində İranın rabitə, naviqasiya və hədəfləmə imkanlarının daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi qeyd olunur. Eyni zamanda Rusiyanın Ukrayna cəbhəsində əldə etdiyi hərbi təcrübəni də İranla bölüşdüyü bildirilir.
Avropalı bir kəşfiyyat rəsmisinə istinadən verilən qiymətləndirmələrə görə, Rusiya İranla əməliyyatlarda istifadə olunacaq PUA-ların sayı, uçuş hündürlüyü və hədəfləmə üsulları kimi mühüm taktiki məlumatları paylaşır. Bu informasiya mübadiləsinin İranın əməliyyat effektivliyini artıran əsas amillərdən biri olduğu vurğulanır.
Xəbərdə həmçinin Rusiyanın Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələrinin mövqeləri ilə bağlı kəşfiyyat məlumatlarını İranla paylaşdığı da iddia olunur. Bu çərçivədə təqdim edilən peyk məlumatlarının İranın bölgədəki radar sistemlərinə qarşı həyata keçirdiyi son hücumlarda mühüm rol oynadığı qeyd edilir.
İranın son dövrdə tətbiq etdiyi strategiyada raket hücumlarından əvvəl PUA-lar vasitəsilə radar sistemlərini sıradan çıxarma yanaşmasının ön plana çıxdığı və bu metodun Rusiyanın Ukraynada istifadə etdiyi taktikalara bənzədiyi vurğulanır.
Bu hərbi əməkdaşlığın İranın başda İsrail və ABŞ olmaqla bölgədəki rəqibləri qarşısında dayanıqlığını artırmağa yönəldiyi hesab olunur. Eyni zamanda Moskvanın davam edən münaqişə mühitindən hərbi və iqtisadi baxımdan fayda əldə etdiyini düşündüyü üçün bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB