...Və bu arada Rusiya Federasiyasının Dövlət Duması miqrasiya siyasətinin təkmilləşdirilməsi səylərinin bir hissəsi olaraq hökumət tərəfindən hazırlanmış düzəlişləri nəzərdən keçirməyə başlayır.
SİA-nın əldə etdiyi məlumata görə, sənəd qanunvericilik dəstək sisteminin veb saytında yerləşdirilib.
Dəyişikliklərdə əcnəbinin Rusiyadan deportasiya olunacağı 20 növ cinayət sadalanır.
Xüsusən, bunlara icazəsiz mitinqlərdə iştirak, xuliqanlıq, hüquq-mühafizə orqanlarına itaətsizlik, məcburi tətillər, media azadlığından sui-istifadə, fövqəladə vəziyyət qaydalarına əməl etməmək və arzuolunmaz təşkilatın fəaliyyətində iştirak daxildir.
Ekstremist simvolları təbliğ etməkdə, ekstremist materialları yaymaqda, terrorizmi haqlı çıxarmaqda, Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda, Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqinə və ya uzadılmasına çağırış etməkdə və digər cinayətlərdə məhkəmə tərəfindən günahkar bilinənlərə də deportasiya tətbiq ediləcək...
...Daxili İşlər Nazirliyi izah edib ki, bu dəyişikliklər kütləvi davalar da daxil olmaqla, xarici vətəndaşların iştirak etdiyi hadisələrə son qoymalıdır.
Departament tərəfindən hazırlanmış inzibati məcəlləyə düzəlişlər layihəsi dünən qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyasının iclasında baxılması üçün Dövlət Dumasına təqdim edilib.
Qanun layihəsinin müəllifləri dəyişikliklərə ehtiyacın əcnəbilərin "qanunsuz fəaliyyətinin artması" ilə bağlı olduğunu iddia edirlər.
Bundan əvvəl Rusiya Nazirlər Kabineti ordunu nüfuzdan saldıqlarına görə əcnəbilərin deportasiya edilməsi ilə bağlı qanun layihəsini dəstəkləmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB