Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

Rusiya hindli tələbələri necə zorla döyüşlərə göndərir...

...Rusiyaya tələbə vizası ilə gələn iki hindistanlı Ukraynaya qarşı müharibədə döyüşmək üçün ruslar tərəfindən zorla cəlb edildikdən sonra ölüblər.

SİA xəbər verir ki, The Independent qəzetinin məlumatına görə, bu barədə onların ailələri məlumat verib.

Ölən hindistanlılar Rajastan əyalətinin Bikaner şəhərindən olan 22 yaşlı Ajay Qodar və Uttaraxanddan olan 30 yaşlı Rakeş Kumar Mauryadır.

Hindiatanlılar Rusiyaya ayrıca tələbə vizası ilə səyahət ediblər, lakin sonradan ailələrinə göndərdikləri videolarda orduya çağırıldıqlarını və Ukraynada döyüşməyə göndərildiklərini iddia ediblər.

Hesabatda qeyd olunur ki, “...onlar təmizlikçi və köməkçi kimi qeyri-döyüş mülki işləri qəbul etdiklərini iddia ediblər, lakin sonradan Rusiya ordusuna çağırıldıqlarını və Ukraynada cəbhəyə göndərildiklərini aşkar ediblər. Çox güman ki, tələbə vizaları ilə yarımştat iş axtarırdılar”.

Qodara dil öyrənmək üçün 2024-cü ilin noyabr ayında Rusiyaya gəlib, lakin təxminən 10 ay sonra o, hərbi xidmətə cəlb edilib. Ailəsi onunla sonuncu dəfə 22 sentyabrda danışıb.

...Onu oxumağa göndərdim, niyə onu bu müharibəyə göndərdiniz? Ajay mənim yeganə oğlumdur. Onu nəyin bahasına olursa olsun evə gətirin, - kişinin anası onun ölüm xəbərini aldıqdan sonra deyib.

Kumarın bir dostu ailənin onun ölümünü beş gün sonra öyrəndiyini bildirib.

...Ailəyə onun Donbas bölgəsində öldüyü deyilib. O, onlarla sonuncu dəfə 30 avqustda danışıb, - deyə o bildirib.

"The Independent" qəzeti qeyd edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri 202 hindistanlı Rusiya ordusuna çağırılıb, onlardan 26-sı ölüb.

Ən azı yeddi nəfər itkin düşüb.

Hindistanın Xarici İşlər Nazirliyi hazırda Rusiya silahlı qüvvələrində xidmət edən 50 Hindistan vətəndaşının "vaxtından əvvəl azad edilməsi" üzərində işlədiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə