Hindlilər qonşu ölkə miqrantlarından “daha çox və daha yaxşı” işləyirlər..?

MDB-dən olan miqrantları əvəz etmək üçün Sankt-Peterburqa hindistanlı küçə təmizləyiciləri gəlib..

...Hindistanlı miqrantlar Sankt-Peterburqun Primorski rayonunda küçə təmizləyicisi kimi işə qəbul üçün kütləvi şəkildə müraciət etməyə başlayıblar.

SİA xəbər verir ki, Fontankanın sözlərinə görə, onların maaşı ayda 100.000 rubl təşkil edir və işəgötürənləri həmçinin pulsuz yaşayış yeri, yemək, nəqliyyat və rus dili dərsləri ilə təmin edir.

..."Kolomyajskoye" ASC-nin Hərtərəfli Təmizlik Departamentinin rəhbəri vəzifəsini icra edən Mariya Tyabinanın sözlərinə görə, ruslar "bu işi görməyə o qədər də həvəsli deyillər".

"Kolomyajskoye" ASC-də 19-43 yaş arası cəmi 17 hindistanlı çalışır. Şirkət rəhbərliyi onların qonşu ölkələrdən olan miqrantlardan "daha çox və daha yaxşı" işlədiklərini iddia edir və bu təcrübəni genişləndirməyi planlaşdırır.

Bu vəziyyət genişmiqyaslı dövlət proqramının bir hissəsidir. Hindistanın baş konsulunun sözlərinə görə, Rusiya 400.000-ə qədər hindistanlı miqrant işçi cəlb etməyi planlaşdırır. Müvafiq müqavilə dekabr ayında imzalanıb və 2025-ci il üçün 71.800 Hindistan işçi qüvvəsi kvotası ayrılıb.

Beləliklə, aşağı ixtisaslı vəzifələrdə baş verənlər xarici işçi qüvvəsinin ruslarla əvəzlənməsi deyil, bir miqrasiya axınının (Orta Asiyadan) digəri ilə hədəflənmiş şəkildə əvəzlənməsidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə