NATO Ermənistanla tərəfdaşlıqla bağlı yeni çərçivə sənədini 2026-cı ildə razılaşdırmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə NATO-nun baş katibinin müavini Radmila Şekerinskaya Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra bəyan edib.
"Nazir Suren Papikyanla Ermənistanın müdafiə transformasiyasını müzakirə etmək xoş oldu. Mən Ermənistanın NATO-nun Kosovodakı Qüvvələrinə (KFOR) davam edən töhfəsini yüksək qiymətləndirirəm. Biz islahatları dəstəkləməyə hazırıq və gələn il tərəfdaşlığımız üçün yeni çərçivə sənədini razılaşdırmağa ümid edirik", - o, "X" hesabında yazıb.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB