...ABŞ kəşfiyyatı Putinin Moskvanın təkcə bütün Ukrayna üzərində deyil, həm də digər keçmiş sovet respublikaları üzərində nəzarətini bərpa etmək niyyətində olduğu qənaətinə gəlib.
SİA xəbər verir ki, Reuters bu barədə 19 dekabrda ABŞ kəşfiyyat materialları ilə tanış olan altı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, kəşfiyyat icmasının son qiymətləndirmələri ABŞ prezidenti Donald Tramp və onun ətrafındakıların Putinin sülh yolu ilə həllində maraqlı olduğunu iddia edən açıqlamalarından xeyli fərqlənir.
Reuters mənbələrindən biri bildirib ki, sentyabrın sonlarında hazırlanmış ən son hesabat Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri edilən əvvəlki qiymətləndirmələrdən mahiyyətcə dəyişməzdir.
Sənəd Avropa kəşfiyyat orqanlarının Kremlin bütün Ukrayna üzərində, eləcə də NATO üzv dövlətləri də daxil olmaqla digər keçmiş sovet respublikalarının əraziləri üzərində nəzarəti bərqərar etməyə çalışdığı barədə nəticələrini təsdiqləyir.
...Kəşfiyyat həmişə Putinin daha çox şeyə can atdığını göstərib. Avropalılar buna əmindirlər. Polyaklar tamamilə əmindirlər. Baltikyanı ölkələr özlərini mümkün Rusiya işğalı üçün ilk növbədə hesab edirlər, - deyə Demokrat konqresmen Mayk Kviqli bildirib.
Eyni zamanda, Reuters Ağ Evin Kremlin planlarını necə qiymətləndirdiyinin hələ də bəlli olmadığını vurğulayır.
ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bu təhdidlərin ciddiliyini qismən etiraf edib.
...Putinin razılığa, yoxsa bütün ölkəyə can atdığını bilmirəm. Biz Rusiyanın müharibənin əvvəlində hansı məqsədləri güddüyünü bilirik və onlara heç vaxt nail olunmayıb.
Qeyd etdiyimiz kimi, bunu Rubio qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB