...İngiltərənin cənub sahilindəki Qərbi Sasseks çimərliklərində istirahət edənlər qeyri-adi bir “qənimət” - yük gəmisindən düşmüş konteynerlərdən sahilə çıxarılmış banan dəstələri aşkar etdilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Guardian yazır.
Vayt adası ilə Britaniya materikinin arasında hərəkət edən "Baltic Klipper" soyuducu gəmisindən on altı konteynerin dənizdə itdiyi bildirilir.
Bu, gəmiçilik marşrutlarını müvəqqəti olaraq pozub və "P&O Cruises Iona" gəmisinin Sauthemptondan yola düşməsi gecikib.
Hakimiyyət orqanlarının məlumatına görə, səkkiz konteynerdən ikisində banan, birində avokado, beşi isə boş olub.
Konteynerlərin bəziləri partlayıb və nəticədə meyvələr sahilə çıxıb.
Sahil Mühafizəsi vətəndaşlara xatırladıb ki, gəmi qəzalarından tapılan bütün əşyalar dağıntıları alan şəxsə - Britaniya hökumətinin rəsmisinə bildirilməlidir.
Tapıntını 28 gün ərzində bildirməmək 2500 funt sterlinqə qədər cərimə ilə nəticələnir.
Lakin qubernatorluq daha sonra aydınlaşdırıb ki, yük tez xarab olduğu üçün bu halda heç bir tədbir görülməyə ehtiyac yoxdur.
Buna baxmayaraq, Qərbi Sasseks Şəhər Şurası sakinləri və turistləri hadisə yerindən uzaq durmağa çağırıb.
Hakimiyyət orqanları qabların təhlükə yarada biləcəyi və sahil boyunca iti metal qırıntılarının tapıla biləcəyi barədə xəbərdarlıq edib.
Onlar həmçinin sahilə atılan hər hansı bir meyvənin istehlak üçün yararsız ola biləcəyini vurğulayırlar və artıq hər hansı bir meyvəni evə aparanlara tapıntıları dərhal atmaları tövsiyə olunur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB