Rusiya NATO ilə müharibəyə hazırlıqların “sıfır mərhələsi”nə daxil olub…

Avropaya qarşı gizli və açıq hücumlar güclənib…

...Rusiya Avropaya qarşı hücumlarını artırır və NATO ilə mümkün müharibəyə hazırlıq məqsədilə artıq “sıfır mərhələsi”nə daxil olub.

SİA xəbər verir ki, bu, Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatına görədir.

Analitiklər qeyd edirlər ki, Rusiya Avropaya qarşı gizli və açıq hücumlarını gücləndirir. Moskva NATO ilə Rusiya arasında mümkün gələcək müharibəyə hazırlaşmaq üçün “sıfır mərhələsi”nə - informasiya və psixoloji şərait yaratmaq mərhələsinə daxil olub.

…17 dekabr hadisəsi Rusiyanın 2025-ci ilin sentyabrında “sıfır mərhələsi” səylərinin başlanğıcından bəri hərbi formalı rus hərbi qulluqçularının NATO ərazisinə keçməsi ilə bağlı Müharibə Tədqiqatları İnstitutu tərəfindən qeydə alınan ilk hadisə oldu.

Təbii ki, bunu deyən Müharibə Tədqiqatları İnstitutu, NATO ölkəsi olan Estoniya ərazisinə girən rus əsgərlərini nəzərdə tutur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə