Almaniya Ukraynaya əlavə qış yardımı ayırıb...

Məqsəd 2,5 milyondan çox insanı istilik, su və elektrik enerjisi ilə təmin etməkdir...

...Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra Almaniya hökuməti Kiyevə əlavə 70 milyon avro yardım ayırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Almaniyanın İnkişaf Naziri Rim Alabali-Radovan bunu Tagesschau-ya verdiyi müsahibədə açıqlayıb.

Alabali-Radovanın sözlərinə görə, onun nazirliyi "iki milyon yarımdan çox insanın istilik, su və elektrik enerjisi ilə təmin edilməsi üçün" yardımını genişləndirir.

O qeyd edib ki, xüsusilə indi, soyuq qışda Ukraynanın əsas enerji ehtiyaclarını ödəmək üçün təcili yardım çox vacibdir. Vəsaitlər əsasən mobil istilik qurğuları kimi mərkəzləşdirilməmiş istilik sistemlərinə investisiyalar üçün nəzərdə tutulub.

...Bələdiyyələr böyük elektrik stansiyalarına hücum edilsə belə, məktəblər, uşaq bağçaları və xəstəxanalar üçün istilik təmin edə bilməlidirlər. Bu enerji təchizatı tədbirləri insanların gündəlik həyatlarını təşkil etməsinə kömək edəcək, - deyə nazir vurğulayıb.

Qeyd olunur ki, Ukrayna da Almaniyaya müvafiq xahişlə müraciət edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə