Çərşənbə günü, 17 dekabrda üç Rusiya sərhədçisi təxminən 20 dəqiqə ərzində Estoniya ərazisinə keçib. Videoda qeydə alınan hadisədən sonra ərazidə sərhəd patrulları gücləndirilib. SİA xəbər verir ki, Bloomberg bu barədə 18 dekabr cümə axşamı günü məlumat verərək, hadisənin NATO üzvü olan dövlət üçün Moskvanın niyyətləri ilə bağlı daha bir narahatlığa səbəb olduğunu vurğulayıb.
Cümə axşamı günü Estoniya və Rusiya rəsmiləri hadisəni müzakirə etmək üçün görüşəcəklər.
Estoniya həmçinin Tallinə bir rus diplomatını çağırmaq niyyətindədir.
ETV-də Estoniyanın daxili işlər naziri İqor Taro bildirib ki, hadisənin qəsdən törədilmiş təxribat və ya qəza olub-olmadığı hələ də məlum deyil.
Estoniya və Rusiya uzun müddətdir ki, sərhəd müqaviləsini ratifikasiya edə bilməyiblər. De-fakto sərhədin böyük hissəsi Narva çayı boyunca keçir. Lakin 17 dekabrda sərhəd pozuntusu dar bir torpaq zolağında baş verib.
Bloomberg qeyd edir ki, bu, Rusiyanın Estoniya sərhədlərini sınaqdan keçirdiyi ilk hal deyil. Rus sərhədçilərinin Estoniya sərhədini keçdiyini göstərən video da internetdə yayılıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (CCD) rəhbəri Andrey Kovalenko hadisə ilə bağlı şərh verib.
...Hibrid müharibə belə görünür - Rusiya kabel və pilotsuz təyyarələrin sabotajından sonra NATO-nun cavabını araşdırmağa davam edir, - deyə o vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB