Vitkov Moskvadan gətirdiyi rus kürüsündən Trampa da verib...

ABŞ-ın xüsusi nümayəndəsi Putinlə danışıqlarından əvvəl kürünün dadına baxıb..

...ABŞ Prezidentinin elçisi Stiv Vitkov Prezident Donald Trampa Xabarovsk diyarının Nikolaevski rayonunun Çnırax kəndində istehsal olunmuş qırmızı kürü qutusunu təqdim edib.

SİA-nın məlumatına görə, bu barədə regional Sənaye və Ticarət Nazirliyi bildirib.

Kürü yerli balıq emalı zavodunda istehsal olunub.

Vitkov əvvəlcə Putinlə danışıqlardan əvvəl Moskvadakı Savva restoranında nahar zamanı məhsulu sınayıb.

Daha sonra ona bir qutu kürü verilib və o, onu Trampa çatdırıb.

Xatırladaq ki, dekabrın 3-də Rusiya və ABŞ Kremldə danışıqlar aparıblar. Putin Kremldə Vitkovu və Trampın kürəkəni Cared Kuşneri qəbul edib.

Rusiya tərəfindən Putinin köməkçisi Yuri Uşakov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib. Danışıqlardan sonra tərəflər kompromis sülh planı barədə razılığa gələ bilməyiblər; xüsusən də iştirakçılar ərazi mübahisəsini həll edə bilməyiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə