İran küçələrindən "qan çayları" axırdı.

...İranın Hörmüz adasının sahillərində çaylar və dəniz qan qırmızısına çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rossiyskaya Gazeta” xəbər verir.

Unikal təbiət hadisəsinin foto və videoları sosial mediada yayılıb.

Onlarda yollarda qırmızı gölməçələr və çaylar, eləcə də dik qayadan sahilə axan qırmızı su axını görünür.

Su "qan" görünüşünü alan dənizə axır.

Bu inanılmaz dərəcədə gözəl təbiət hadisəsinin səbəbi torpaqdakı yüksək dəmir oksid tərkibidir.

İranda üç ay ərzində yağış yağmayan uzun sürən quraqlıq nəticəsində torpaqdakı dəmir oksid konsentrasiyası artıb. Buna görə də yağışlar başladıqdan sonra su və torpaq qırmızıya çevrilib.

İranda quraqlıqla mübarizə aparmaq üçün bulud səpmə üsulundan istifadə olunub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə