Starmer Ukraynada sülh üçün dörd şərt adlandırıb...

Böyük Britaniyanın Baş naziri Keir Starmer hesab edir ki, Ukraynada davamlı sülh yalnız dörd şərt yerinə yetirildikdə mümkündür.

SİA xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. Starmerin sözlərinə görə, sülh Ukraynanın suverenliyinin və müdafiə qabiliyyətinin qorunmasını əhatə etməlidir.

Siyasətçi həmçinin hesab edir ki, Ukraynanın gələcəyi Kiyevdəki hakimiyyət orqanları tərəfindən müəyyən edilməlidir.

Bundan əlavə, AB və NATO üzvlüyü üçün birliyin və Şimali Atlantika Alyansının razılığı tələb olunur.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti J.D. Vens Ukrayna münaqişəsinin həlli üçün istənilən plana daxil edilməli olan üç meyar müəyyən etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə