“Mən Putinin gördüyü işdən çox narazıyam...”

“Onların iqtisadiyyatı cəhənnəmə gedir...”

...ABŞ prezidenti Donald Tramp Putinin hərəkətlərindən narazılığını bildirib və Rusiya iqtisadiyyatının tənəzzülə uğradığını qeyd edib.

SİA-nın məlumatına görə, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

Tramp Rusiya və onun prezidenti Vladimir Putinin gördüklərindən narazılığını bildirib.

...İnsanlar səbəbsiz yerə öldürülür. Onların iqtisadiyyatı cəhənnəmə gedir. Hər şeyi bombalayırlar, -deyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, rus qoşunları “əgər varsa” çox az ərazini ələ keçirir.

...Əslində, onlar müəyyən əraziləri itirirlər. Ona görə də hesab edirəm ki, bu, Rusiyanın reputasiyası üçün çox pisdir. Bu müharibə bitməli idi. Əgər bu, bizim müharibəmiz olsaydı, bir həftəyə bitərdik.

Bunu da Tramp deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə