ABŞ zabiti Trampı Alyaskaya çatan kimi Putini həbs etməyə çağırıb...

ABŞ hərbi cinayətkarı saxlamalıdır...

ABŞ hərbi kəşfiyyatının təqaüdə çıxmış xüsusi agenti, İraq müharibəsi veteranı və analitik David DeBatto prezident Donald Trampa avqustun 15-də sammitə gələndə Putinin Alyaska hava limanında əlini qandallamağı tövsiyə edir. ...Donald Trampın Putinlə Alyaskada görüşməsi faktının özü artıq Putin üçün diplomatik qələbə, Qərb üçün isə məğlubiyyət, biabırçılıqdır.

Bu, təkcə Ukraynanın deyil, beynəlxalq hüquqa hörmət edən bütün dövlətlərin üzünə vurulan sillədir. İnanıram ki, Putinin Donald Trampla görüşmək üçün Alyaskaya gəlməsinə icazə verilməlidir, ancaq onun əlini qandallamaq üçün icazə verilməlidir.

SİA-nın məlumatına görə, bu fikirləri amerikalı hərbçi səsləndirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə