...Hərbi politoloq Aleksandr Perendjievin fikrincə, Dmitri Medvedevlə Donald Tramp arasında söz səviyyəsində münaqişə qlobal hərbi böhrana səbəb ola bilməz. Ekspert izah edib ki, Amerikanın siyasi nəzarət və tarazlıq sistemi prezidentin genişmiqyaslı münaqişəyə başlamaq üçün birtərəfli qərar qəbul etmə ehtimalını istisna edir.
Perendjiyev qeyd edib ki, Trampın birinci dövründə Konqres onun xarici siyasət təşəbbüslərini fəal şəkildə bloklayıb və indi onun kursu daha çox isteblişmentlə uzlaşır.
Amma kollektiv qərarların qəbulu mexanizmi qalır. Analitikin fikrincə, Medvedevin sərt bəyanatları mühüm funksiyanı yerinə yetirir - bu, Rusiyanın təxribat xarakterli bəyanatlara sərt cavab verməyə hazır olduğunu nümayiş etdirir.
SİA-nın məlumatına görə, bu barədə news.ru yazır. ...Medvedevin sözləri Qərbin, o cümlədən Trampın özünün bəyanatlarına cavabdır. O, göstərir ki, Rusiya Federasiyası Qərb siyasətçilərinin sərt bəyanatlarına eyni cür cavab verə bilər. Növbəti dəfə aqressiv bəyanatlar verməzdən əvvəl düşünəcəklər...
Ekspert vurğulayıb ki, hər iki tərəfdən belə ritorika daha çox xəbərdarlıq xarakteri daşıyır.
Qərb siyasətçiləri güzgü reaksiyası gördükdə sözlərini daha diqqətlə ölçməyə başlayırlar.
Bu, eskalasiya deyil, çəkindirmə elementi kimi işləyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə