BMT-nin hesabatlarını demək olar ki, heç kim oxumur və az sayda istifadəçi onları rəsmi internet saytından yükləyir.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu təşkilatın özü və rəhbəri Antonio Quterreş etiraf edib.
BMT-nin səmərəlilik və xərclərin azaldılması ilə bağlı hesabatında deyilir ki, təşkilat getdikcə bürokratikləşir və insanlar onun məlumatlarına marağı itirir.
Ötən il BMT rəsmiləri 27 min görüş keçirib, BMT katibliyi 1100 hesabat hazırlayıb ki, bu da 1990-cı illə müqayisədə 20 faiz çoxdur.
...Görüşlərin və hesabatların çoxluğu sistemi - və hamımızı - son həddə çatdırır. Bu hesabatların çoxu nadir hallarda oxunur.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, BMT-nin saytındakı hesabatların yalnız 5 faizi 5500 dəfədən çox yüklənir. Hər beşinci hesabat 1000-dən az yükləmə alır. Lakin "yükləmək mütləq oxumaq demək deyil, - deyə Quterreş əlavə etdi.
O, iclasların və hesabatların sayını azaltmağı, yalnız ən vacibləri buraxmağı təklif etdi.
Reuters qeyd edir ki, bu il 80 yaşı tamam olan BMT "likvidlik böhranı" ilə üz-üzədir. BMT-nin 193 üzv dövlətinin heç də hamısı müntəzəm məcburi töhfələrini tam və ya vaxtında ödəmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə