"CHP siyasəti artıq qarşılıqsız bir siyasətə çevrilib. Sosial mediada insanları manipulyasiya edərək idarə edəcəklərini düşünürdülər, amma millətimiz bu çirkli oyunların fərqinə vardı". SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələri ilə söhbətində qeyd edib.
“CHP siyasəti artıq qarşılıqsız bir siyasətə çevrilib. Sosial mediada insanları manipulyasiya edərək idarə edəcəklərini düşünürdülər, amma millətimiz bu çirkli oyunların fərqinə vardı",- deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan küçə aksiyalarının yalnız "separatçılara və qiyamçılara" xidmət etdiyini və bununla bağlı xalqın artıq yetərincə məlumatlı olduğunu vurğulayıb.
O, CHP rəhbərliyinə səbirli olmağı və müstəqil məhkəmələrin qərarlarını gözləməyi tövsiyə edib: “CHP rəhbərliyinə məsləhətim odur ki, səbirli olsunlar və müstəqil məhkəmənin qərarını gözləsinlər. Onsuz da həqiqət gec-tez üzə çıxacaq”.
Ərdoğanın sözlərinə görə, CHP küçə etirazları ilə diqqəti yayındırmağa çalışır, çünki nə özlərinə, nə də bələdiyyə başçılarına güvənirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə