20 ştat Trampı məhkəməyə verib

Tramp administrasiyası milyonlarla insanın şəxsi tibbi məlumatlarını deportasiya məmurlarına verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya və daha 19 ştat bu addımın qanunsuz olduğunu deyərək məhkəməyə şikayət edib. Məlumatların paylaşılması federal məxfilik qanunlarını poza bilər. Bu məlumatlar Medicaid proqramına yazılan şəxslərlə bağlı olub.

Kaliforniyanın baş prokuroru Bonta bildirib ki, Tramp administrasiyası şəxsi tibbi məlumatları paylaşmaqla federal məxfilik qanunlarını, o cümlədən HIPAA qanununu pozub.

O deyib ki, bu addım illərdir mövcud olan səhiyyə siyasətinə ziddir və belə məlumatlar yalnız xüsusi hallarda paylaşılmalıdır. Tramp administrasiyası deportasiya məmurlarına daha çox məlumat verməklə mühacirləri izləməyi asanlaşdırmağa çalışıb. Hətta mühacirlərin vergi məlumatlarını paylaşmaqdan da imtina etməmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə