...Fransa ruslar və belaruslar üçün giriş tələblərini yeniləyib. İndi onlar indiki çoxdəfəlik viza əvəzinə xüsusi viza üçün müraciət etməli olacaqlar.
Deməli, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
rusların Fransaya daxil olması çətinləşib.
...Ölkənin Rusiya və Belarus vətəndaşları üçün giriş qaydalarını sərtləşdirdiyi bildirilir.
...İndi adi C sinifli çoxdəfəlik giriş vizası əvəzinə onlar xüsusi kateqoriyalı DFA vizası üçün müraciət etməli olacaqlar.
RUSINFO portalının aydınlaşdırdığı kimi, yenilik uzunmüddətli Fransa D tipli viza sahiblərinə, eləcə də Şengen Sazişinə və Avropa İqtisadi Birliyinə daxil olan ölkələrdə yaşamaq icazəsi olanlara təsir etməyəcək.
Rusiya və Belarusla yanaşı, yeni qaydalar Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Qvadelupa, Martinika, Sent-Martin, Sent-Bartelemi, Reunion, Mayotta, Qviana, Sent-Pyer və Mikelonda da tətbiq edilir.
Bundan əvvəl Ermənistan BƏƏ sakinləri üçün viza rejimini ləğv edib. Həmçinin, 30 iyun 2025-ci il tarixindən etibarən Rusiyaya vizasız girişə icazə verilən dövlətlərin vətəndaşları üçün Dövlət Xidmətləri RuID mobil tətbiqi vasitəsilə elektron qeydiyyat məcburi olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə