...Deməli, Konqresdəki bir sıra respublikaçılar, eləcə də Ağ Ev müşavirləri prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə çağırırlar.
SİA-nın məlumatına görə, bu barədə “Reuters” yazıb.
Deyilənlərə görə, Kremlə qarşı sanksiyaların tətbiqi təxirə salınmışdı, niyə?
Çünki, dediyimiz kimi, respublikaçı və müşavirlər Amerika liderinin Rusiya rəhbəri Vladimir Putinlə Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı danışıqların nəticələrinə ümid edirdilər.
Amma məlum olduğu kimi, bu ümidlər doğrlmadı.
Yəni Putin, necə deyərlər...“istədiyini edir”..?
Maraqlıdır ki, Tramp da “əntiqə bir əsas” tapıb və sanksiyaların səmərəsiz olduğunu deyir...
...“Reuters” xəbər verir ki, Ağ Ev rəsmiləri Trampın hələ də Rusiya ilə iqtisadi tərəfdaşlığa ümid etdiyini bildirirlər.
Tramp, həmçinin sanksiyaları Rusiya ilə gərginliyin artmasına doğru addım kimi qiymətləndirir və guya bu, Ukraynada atəşkəs ümidlərini puça çıxara bilər.
...Amma Trampın köməkçiləri deyirlər ki, son zamanlar prezidentin Putinə qarşı məyusluğu getdikcə ciddiləşir. Onların fikrincə, Moskva Ukraynaya zərbələri gücləndirdikdən sonra Donald Tramp yeni sanksiyaların tətbiqi imkanlarını ciddi şəkildə nəzərdən keçirir.
ABŞ rəsmiləri Rusiyaya qarşı yeni iqtisadi tədbirlər, o cümlədən bank və enerji tədbirləri hazırlayıb.
Trampın bəzi müşavirlərinin dəstəklədiyi variantlardan biri senator Lindsi Qrem və Ri,ard Blumenthal tərəfindən təqdim olunan və Rusiya neftini alan ölkələrdən idxala 500 faizlik rüsum tətbiq edən qanun layihəsini qəbul etmək olardı.
Qeyd edək ki, bunu da “Reuters” yazır.
ABŞ prezidentinin bir sıra müşavirlərinin fikrincə, belə bir addım mühüm sanksiyaların tətbiqinə imkan verəcək. Agentlik müzakirələrlə tanış olan rəsmiyə istinadən yazır ki, eyni zamanda Tramp özü də Putinə Kremllə birbaşa dialoq imkanlarını saxlamaqla, sanksiyalarla bağlı qərarın ondan asılı olmadığını deyə bilərdi..?
...Və bu arada vəziyyətlə tanış olan başqa bir şəxsə görə, Ağ Ev hesab edir ki, ikinci dərəcəli sanksiyalar effektiv sanksiya siyasəti üçün, yəni təkcə Rusiya Federasiyasının özünə qarşı deyil, Rusiya ilə iş aparan dövlətlərə qarşı tədbirlər görülməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə