Novruz bayramının TDT çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilib
Novruz bayramının Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilib. SİA xəbər verir ki, bu barədə mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə qeyd olunub.
"Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir", - bəyanatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə