Somalinin paytaxtında partlayış nəticəsində azı 11 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda hərbi xidmət mərkəzi yaxınlığında baş verən partlayış nəticəsində azı 11 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Somali mətbuatı məlumat yayıb.

Bildirilir ki, Moqadişonun Hodan rayonundakı Damaanyo hərbi düşərgəsində gənc əsgərləri hədəf alan bombanın partlaması nəticəsində 11 nəfər həlak olub, yaralılar var.

Bütün xəbərlər Facebook səhifəmizdə