HƏMAS İsrail və Səudiyyə arasında münasibətlərin normallaşmasını pozmaq istəyib - KİV
HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailə hücumu İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaq məqsədi daşıyırdı. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti hücumdan əvvəl HƏMAS liderlərinin iclasının protokolunu əldə edərək məlumat yayıb.
Sənəddən məlum olub ki, bu görüşdə keçən ilin oktyabrında öldürülən hərəkatın Siyasi Bürosunun keçmiş rəisi Yəhya Sinvar bildirmişdi ki, “Səudiyyə Ərəbistanı və İsrail arasında münasibətlərin normallaşması üzərində iş əhəmiyyətli dərəcədə irəliləyir”, onlar arasında saziş bağlanarsa, “əksər ərəb və islam ölkələri onların nümunəsini izləyəcək”. Sinvara görə, hadisələrin belə inkişafı dünya ictimaiyyətinin diqqətini Fələstin məsələsindən yayındıra bilərdi.
O, Siyasi Büro üzvlərinə “fövqəladə hərəkət” etmək və regional güc balansında “strateji tərpənişə” nail olmaq lazım olduğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170