Argentinanın paytaxtı Buenos-Ayresin şəhərətrafı qəsəbələrində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib. SİA xəbər verir ki, bu barədə "La Nación" qəzeti regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, üç nəfər itkin düşənlər siyahısındadır. Təxliyə edilənlərdən bəziləri fəlakət bölgəsini özbaşına tərk edib.
Mayın 17-dən Buenos-Ayres və onun ətraf ərazilərində güclü yağışlar davam edir. Bu müddət ərzində 400 mm-dən çox yağıntı düşüb. Əyalət hökuməti xəbərdarlıq edib ki, gözlənilən qasırğalı küləklər, yağış və ildırım çaxması səbəbindən təsirlənmiş ərazilərdə qırmızı təhlükə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə