...Filippinli Marisel Misa, Səudiyyə Ərəbistanında Filippinli birləşmiş əkizlərin necə ayrıldığına dair sosial media yazısını görəndə belə cavab verib: “Ümid edirəm ki, qızlarım bir gün bu şansı əldə edəcəklər”.
SİA-nın məlumatına görə, bu barədə Arab News xəbər verir. Marisel Misanın etirafına görə, o, bir neçə ay sonra Ər-Riyada gedəcəklərini təsəvvür belə edə bilməzdi.
...Kimsə mənim şərhimi görüb. Qısa müddətdən sonra Səudiyyə Ərəbistanının Filippindəki səfirliyi mənimlə əlaqə saxladı. Onlar bizə bildirdilər ki, qızlarımın ayrılması ehtimalı ilə bağlı tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına səfəri təsdiqlənib və cəmi bir neçə gün gözləməli olduq. Bizi görüb kömək təklif etdiyi üçün Səudiyyə hökumətinə dərin minnətdarlığımızı bildiririk.
Misanın dediyinə görə, qızlarının başından birləşdiyini ancaq 6 aylıq hamilə olanda bilib.
Qızlara Anna və Klia adı verilib. Bu cür xüsusi uşaqların gündəlik qayğıya ehtiyacı olduğundan və onları uşaq baxçasında və ya dayə ilə tərk etmək mümkün olmadığından, Misanın əri ailə biznesinin - Mindoro adasındakı Lubanq şəhərindəki mağazanın idarə edilməsini ona həvalə edib.
Və özü işini qoyub uşaqların qayğısına qalmağa başlayıb. Qızlar üçün məktəbdə oxumaq da asan deyildi, çünki onlardan biri daima başqa tərəfə baxmaq məcburiyyətində idi və valideynləri onun müəllimin nitqini tam başa düşdüyünə əmin deyildilər.
Amma valideynlərin dediyinə görə, onların qızlarına sinif yoldaşları sataşmırmışlar.
Anna və Klea artıq Səudiyyə Ərəbistanına uçublar.
Orada onlar dünyanın ən yaxşı uşaq cərrahlarından biri, siam əkizlərinin ayrılması proqramını həyata keçirən Abdullah əl-Rabiah tərəfindən müayinə olunacaqlar.
Xatırladaq ki, 1990-cı ildən bəri o və komandası dünyanın hər yerindən 140-dan çox birləşmiş əkizləri ayırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə