Karib dənizində Venesuela sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 4:42-də qeydə alınan zəlzələnin episentri Paria yarımadasındakı (Venesuela) Karupano şəhərindən 108 km şərqdə və Trinidad və Tobaqo Respublikasının paytaxtı, İspaniya Port şəhərindən 85 km qərbdə yerləşib . Vurğulanıb ki, episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “kifayət qədər güclü” kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə