Şri-Lankanın Mərkəzi əyalətinin Kotmale şəhərində avtobusun aşması nəticəsində 15 nəfər ölüb. Bu barədə SİA “Sinxua” agentliyinə istinadən xəbər verir.
Daha 20 nəfərin yaralandığı bildirilir.
Zərərçəkənlərin rayon xəstəxanalarına çatdırıldığı qeyd edilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə