Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı

Papa XIV Leonun taxta çıxma mərasimi mayın 18-i bazar günü baş tutacaq. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, həmin gün XIV Leo Vatikanın Müqəddəs Pyotr meydanında təntənəli mərasimlə papalıq taxtına çıxacaq.

Qeyd edək ki, ənənəvi olaraq pontifiklərin taxta çıxma mərasimində dünyanın hər yerindən mötəbər qonaqlardan ibarət nümayəndə heyətləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə