Husilər bir gündə 3 dəfə ABŞ aviadaşıyıcısına hücum edib

Husilər son 24 saat ərzində ABŞ-nin “USS Harri Truman” aviadaşıyıcısına üç dəfə hücum edib. SİA xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, əməliyyata raketlər, pilotsuz təyyarələr və dəniz qüvvələri cəlb edilib.

Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən üsyançılara qarşı hərbi əməliyyata başladığını bildirib. O, qərarını husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları ilə izah edib. Əməliyyatda Qırmızı dənizdə yerləşən "USS Harry Truman" aviadaşıyıcısı iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə