Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb

Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb. SİA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası ölkənin Myanmadakı səfirliyinə istinadən məlumat yayıb.

"Martın 30-da Çinin Myanmadakı səfirliyi güclü zəlzələ nəticəsində 13 vətəndaşının xəsarət aldığını təsdiqləyib", - məlumatda deyilir.

Bundan əvvəl "Sinxua" agentliyi Çinin Yanqondakı səfirliyinin əməkdaşına istinadən 12 nəfərin yaralandığını bildirib.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Təbii fəlakət nəticəsində ölənlərin sayı 1 700-ü keçib. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə