Suriyada terrora qarşı vahid əməliyyat mərkəzi yaradılacaq

Suriyada beş dövlətin iştirakı ilə terrorla mübarizə çərçivəsində vahid əməliyyat mərkəzi yaradılacaq. SİA Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il martın 9-da İordaniyada Türkiyə, İraq, Suriya və Livanın iştirakı ilə nazirlər səviyyəsində görüş olub və həmin görüşdə sözügedən mövzuda razılıq əldə edilib:

“Beş iştirakçı ölkə İŞİD terror təşkilatı başda olmaqla, Suriyanın terrorla mübarizəsinə dəstək istiqamətində razılığa gəlib. Suriyanın yeni hökumətinin tələbləri əsasında həmin dövlətlərin iştirakı ilə birgə əməliyyat mərkəzinin yaradılması qərara alınıb. Hazırda bu istiqamətdə işlər görülür”.

Məlumatda o da diqqətə çatdırılıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, sabitlik və təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir.

Bütün xəbərlər Facebook səhifəmizdə