Misirdə batiskafda altı rusiyalı turist ölüb, doqquzu yaralanıb

Misirin Hurqada sahillərində batiskafla bağlı hadisə nəticəsində altı rusiyalı həlak olub. SİA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin “Almasry Alyoum” qəzeti məlumat yayıb.

Daha əvvəl isə Rusiyanın Baş konsulluğu gəmidə olan 45 rusiyalı turistin bir çoxunun xilas edildiyini açıqlayıb:

"Martın 27-də saat 10.00 radələrində sahildən bir kilometr məsafədə "Sindbad" gəzinti batiskafında qəza baş verib. Ekipaj üzvlərindən başqa, gəmidə 45 turist, o cümlədən yetkinlik yaşına çatmayan şəxslər olub. Onların hamısı Rusiya vətəndaşıdır", - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə