Fransa, Böyük Britaniya və Ukrayna liderləri Parisdə danışıqlar aparıblar

Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski, eləcə də Böyük Britaniyanın Baş naziri Kir Starmer Yelisey sarayında danışıqlar aparıblar. SİA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Görüş "istəklilər koalisiyası"nın görüşündən əvvəl baş tutub. Danışıqların təfərrüatları açıqlanmır.

Makron və Starmerin sədrlik edəcəyi görüşə 31 ölkənin nümayəndə heyətləri və liderləri qatılacaq.

Daha əvvəl Starmer bəyan etmişdi ki, Böyük Britaniya və Fransa ABŞ-yə sülh planını təqdim etmək üçün Ukrayna ilə işləyəcək.

Makron və Zelenski ötən gün keçirilən ikitərəfli görüşdə Ukraynada sülhməramlıların yerləşdirilməsi imkanlarını müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə