Gümrüdə "Ana Ermənistan" müxalifət blokunun qərargahında axtarış aparılır
Ermənistanın hüquq-mühafizə orqanları Gümrüdə "Ana Ermənistan" müxalifət blokunun ofisində axtarışlar aparır. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidməti məlumat yayıb.
"Hazırda polis və Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrüdə "Ana Ermənistan" blokunun ofisində axtarış apararaq işimizə mane olurlar", - məlumatda bildirilib.
Bundan başqa, blokun təşkilati məsələlərlə məşğul olan təmsilçilərindən biri Ara Voskanyanın evində də axtarışlar aparılıb.
Blok bu axtarışları hakimiyyətin şəhərin Ağsaqqallar Şurasına seçkilərdə iştirak edən müxalif qüvvəyə qarşı hücumu kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə