Ər-Riyadda ABŞ-Ukrayna danışıqları başlayıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş başlayıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov məlumat verib. Umerovun qeyd edib ki, danışıqçılar, “bir sıra mürəkkəb texniki məsələləri” həll edəcəklər.

Ukrayna nümayəndə heyətinə energetika üzrə ekspertlər, donanma və hava qüvvələrinin nümayəndəsi daxildir.

Bundan əvvəl CNN jurnalisti Aleks Marquard Ukraynada atəşkəsin uzadılması ilə bağlı danışıqların bazar günü, martın 23-də Ər-Riyadda bərpa olunacağını yazmışdı.

Onun sözlərinə görə, Amerika nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin nümayəndəsi Maykl Anton və Milli Təhlükəsizlik Şurasından Endryu Pik başçılıq edəcək.

Bazar ertəsi, martın 24-də rusiyalı müzakirəçilər də Ər-Riyada gedəcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə