Pentaqon cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün "USS Gravely" esminesini göndərir
"USS Gravely" esminesi ABŞ-nin Şimal Komandanlığının məsuliyyət zonasında ölkənin cənub sərhədini qorumaq missiyasını yerinə yetirmək üçün Yorktaun Dəniz Bazasından yola düşüb. SİA xəbər verir ki, bu barədə komandanlığın məlumatında deyilir.
"USS Gravely"nin yerləşdirilməsi prezidentin göstərişinə uyğun olaraq ABŞ-nin cənub sərhədinin təhlükəsizliyini gücləndirəcək. Gəmi bizim ölkənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaq qabiliyyətimizi gücləndirəcək", – Şimal Komandanlığı generalı Qreqori Giyo qeyd edib.
Esminesin missiyasına qurumlararası əməkdaşlığa dəstək, terrorçuluq, silahların yayılması, transmilli cinayət və qanunsuz miqrasiya ilə mübarizə daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə