Fərdi yaşayış evində baş verən yanğında iki nəfər ölüb

Nijni Novqorod vilayətində fərdi yaşayış evində baş verən yanğın nəticəsində iki nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Faciənin Liskovo şəhərində baş verdiyi dəqiqləşdirilir. Yanğın bağ evini bürüyüb, yanğınsöndürənlər yanğını söndürərkən orada bir kişi və bir qadın cəsədi aşkar ediblər. İlkin versiyaya görə, yanğına elektrik avadanlıqlarından istifadə qaydalarının pozulması səbəb olub. Yanğın 50 kv.m ərazini əhatə edib, söndürülməsinə 13 mütəxəssis və 3 texnika cəlb olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə