Ukrayna prezidenti Vladimir Zelenski Londonda keçiriləcək sammitə gəlib.
SİA xəbər verir ki, bu barədə UNIAN Telegram kanalında məlumat verilib.
Kanada və Almaniyanın baş nazirləri, NATO-nun baş katibi və digər dünya liderlərinin də gəldiyi vurğulanır.
Bundan əvvəl sammitdə iştirak edən Böyük Britaniyanın baş naziri Keir Starmer BBC-yə müsahibəsində Ukraynada sülhün əldə edilməsi üçün məqamları açıqlamışdı.
Onun fikrincə, bunun üçün təhlükəsizlik zəmanəti olan Avropa elementi lazımdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə