Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçiriləcək görüşdə Avropanın dövlət başçılarını hərbi ehtiyaclar üçün xərcləri artırmağa çağırmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, ölkənin baş naziri sammitdəki çıxışı zamanı dəvət olunmuş Avropa liderlərinə müdafiə xərclərinə realist yanaşmalı olduqlarını və Ukraynanı dəstəkləmək üçün yalnız çıxışların Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisəsindən sonra amerikalı həmkarı Donald Trampı Kiyevə təhlükəsizlik zəmanəti verməyə inandırmaq üçün kifayət etməyəcəyini söyləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə