Belqorod vilayətinin Alekseyevski bələdiyyə dairəsinin rəhbəri Svetlana Xaleyeva “Bars-Belgorod” könüllü batalyonuna qoşulub.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə məmur öz Telegram kanalında məlumat verib.
…Mən “Bars-Belqorod” könüllülər dəstəsinə qoşuluram. Alekseevski bələdiyyə rayonu sərhəd rayonu deyil. Ancaq bir lider olaraq, hər hansı bir inkişafa hazır olmaq istəyirəm,-deyə o yazıb.
Xaleyeva keçəcəyi təlimin fövqəladə hallarda qərar qəbul etməsində ona faydalı olacağını vurğulayıb.
Rəsmi batalyonun döyüşçüləri ilə birlikdə sərhədyanı ərazilərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməyi planlaşdırır.
Xatırladaq ki, 2024-cü il sentyabrın 12-də Rusiya Müdafiə Nazirliyi Kursk, Belqorod və Bryansk vilayətlərində “Bar” könüllü dəstələrinin yaradıldığını elan etdi.
Daha sonra müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov qeyd edib ki, bu bölmələrin əsas vəzifəsi hazırda yaranan problemlərin həlli üçün antiterror əməliyyatında qubernatorların operativ qərargahlarına köməklik göstərməkdən ibarət olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB