Orenburq vilayətində sərxoş yerli sakin 41 yaşlı arvadını ütü ilə vurub.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.
İdarədən verilən məlumata görə, ailə münaqişəsi zamanı kişi arvadının başına ütü ilə zərbə endirib.
Zərərçəkmiş polisə müraciət edib. Rusiya vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci (“Xuliqanlıq motivləri ilə qəsdən sağlamlığa az ağır zərər vurma”) ilə iş açılıb.
…Bundan əvvəl Volqoqradda taksi sürücüsünü qarnından bıçaqlayaraq avtomobilini qaçıran 22 yaşlı gənc saxlanılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə