Məhkəmə oğlunun qətliamından sonra ananı həbs edib

Kalininqrad vilayətinin Çernyaxovsk şəhərində uşaqlarına işgəncə verməkdə təqsirləndirilən qadın aprelin 3-dək həbs edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Kalininqradın Leninqrad Rayon Məhkəməsi müstəntiqin ana haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.

İdarədən əlavə ediblər ki, qadın hazırda şübhəli şəxs qismində saxlanılır. Onun yaxın vaxtlarda ittiham olunacağı, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə də qərar veriləcəyi bildirilir.

Əvvəllər məlum olub ki, istintaqa əsasən, şübhəli şəxs və onun 42 yaşlı əri 2023-cü ilin sentyabrından 2025-ci ilin fevralınadək Çernyaxovskda iki azyaşlı uşağı döyüb, onları sudan məhrum edib, hədə-qorxu gələrək aşağılayıblar.

Qadın ərinin 2024-cü ilin dekabrında 12 yaşlı qızının qolundan xəsarət aldığını bilirdi.

Zədəsini gizlətmək üçün dərhal həkimə müraciət etməyib, uşağı köməksiz qoyub.

Fevralın əvvəlində ögey ata həbs edilən qadının oğlu ilə məşğul olub. Onun da cinayətdə əli olduğu müəyyən edilib. Cütlük əvvəlcə qətliamı bir oğlanın yoxa çıxması kimi gizləldiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə