Təhlükəli terrorçu zərərsizləşdirilib...

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk bölgəsində keçirdiyi əməliyyat nəticəsində separatçı terror təşkilatı PKK/KCK-nın dırnaqarası liderlərindən biri olduğu iddia edilən Murat Keleşi zərərsizləşdirib.

Milli Kəşfiyyat Təşkilatı 2016-cı ildə Şırnakın Silopi rayonunda Türkiyə təhlükəsizlik qüvvələrinin zirehli maşınına raket hücumu təşkil edənlərdən biri olan "Berhudan Harun" ləqəbli terrorçunu izləməyə başlayıb.

SİA türk saytlarına istinadən xəbər verir ki, Türkiyədə "terror cinayətləri"nə görə axtarışda olan Keleşin İraqın Hakurk bölgəsində fəaliyyət göstərdiyi məlum olub.

Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi əməliyyat nəticəsində terrorçu zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə