Rusiya daha 2 yaşayış məntəqəsini ələ keçirdi

Rusiya qoşunları Petropavlovka və Vremevka yaşayış məntəqələrini nəzarətə götürüb. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, “Vostok” qruplaşmasının bölmələri Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edir: “Ukrayna Silahlı Qüvvələrinin 135-ə qədər hərbçisi, iki zirehli döyüş maşını, üç avtomobil və beş xarici istehsallı artilleriya silahı anbarı məhv edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə